Naxçıvanlı güləşçi Bakıda keçirilən turnirin mükafatçısı olub

Sərhədçi İdman Mərkəzində Yunan-Roma və sərbəst güləş üzrə 15 və 17 yaşadək idmançılar arasında “Qızıl güləş ayaqqabısı” kuboku keçirilib. Turnirdə republikanın müxtəlif şəhər və rayonlarını təmsil edən idmançılar mükafatlar uğrunda mübarizə aparıb.
Yarışda Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbindən 1 məşqçi, 1 hakim və 5 idmançı iştirak edib. İdmançılardan yalnız biri – Şamxal Əlizadə medalçılar sırasına düşüb. 15 yaşadək güləşçilər arasında 57 kq çəki dərəcəsi üzrə qüvvəsini sınayan Ş.Əlizadə bürünc medala sahib çıxıb.